Məhəmməf füzuli dən gözəl şeir محمد فضولی

Arayişi-söhbǝt eylǝ, saqi!

Ver badǝ, mürüvvǝt eylǝ, saqi!

Bir cam ilǝ qıl dimağımı tǝr!

Lütf eylǝ, bir iltifat göstǝr!

Qǝm mǝrhǝlǝsindǝ qalmışam fǝrd,

Nǝ yar, nǝ hǝmnişin, nǝ hǝmdǝrd.

Hǝmcinslǝrim tǝmam getmiş,

Söz mülkündǝn nizam getmiş.

Bu bǝzmdǝ sǝn qalıbsǝnü mǝn,

Bu bǝzmi gǝl edǝlim müzǝyyǝn!

Sǝn ver badǝ, mǝn eylǝyim nuş!

Mǝn nǝzm oxuyum, sǝn ona tut guş!

Bir dövrdǝyǝm ki, nǝzm olub xar,

Əşar bulub kǝsadi-ǝsar.

Ol rütbǝdǝ qǝdri-nǝzmdir dun

Kim, küfr oxunur kǝlami-mövzun.

Bir mülkdǝyǝm ki, gǝr udub qan,

Mǝzmuni-ibarǝtǝ çǝkib can,

Min riştǝyǝ türfǝ lǝl çǝksǝm,

Min rövzǝyǝ nazǝnin gül ǝksǝm,

Qılmaz ona hiç kim nǝzarǝ,

Derlǝr gülǝ xar, lǝlǝ xarǝ.

Ancaq demǝzǝm ki, xaki-Bağdad,

Alayişi-nǝzmdǝndir azad.

Yoxdur bir mülk bu zamanda

Kim, nǝzm rǝvacı ola onda.

Nǝ Hind, nǝ Fars, nǝ Xorasan,

Nǝ Rumü Əcǝm, nǝ Şamü Şirvan,

Olsaydı birindǝ bir süxǝnsǝnc,

Əlbǝttǝ, ǝyan olurdu ol gǝnc.

Gǝncineyi-nǝzm gizli qalmaz,

Sanmın günǝş olsa nur salmaz.

Kanı necǝ kim nihan tutar daş,

Eylǝr onu lǝl alǝmǝ faş.

Hala mǝgǝr iqtizayi-dövran

Oldur ki, ola o gǝnc pünhan.

Dövran ilǝ mǝn nǝqiz seyrǝm,

Dövr ǝhlindǝn mǝgǝr ki, qeyrǝm.

Dövran istǝr ki, xar ola nǝzm,

Biizzǝtü etibar ola nǝzm,

Mǝn müntǝzirǝm verǝm rǝvacın,

Bimar isǝ eylǝyǝm ǝlacın.

Ol nǝfyi-kǝmali-hikmǝt eylǝr,

Lazım bilirǝm xǝsarǝt eylǝr.

Tǝmiri-xǝrabǝ talibǝm mǝn,

İnşǝallah ki, qalibǝm mǝn.

 

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: