گئتمک ایسته ییرسن بهانه سیز گئت – نصرت کسمنلی

گئتمک ایسته ییرسن بهانه سیز گئت

 

گئتمک ایسته ییرسن بهانه سیز گئتGetmək istəyirsən, bəhanəsiz get             

اویاتما مورگولو خاطیره له ری Oyatma mürgülü xatirələri                    

سسین همین سسدیر باخیشین اوگئي Səsin həmin səsdir, baxışın ögey         

گئدیرسن ، سسین ده یاد اولسون باریGedirsən, səsin də yad olsun barı        

 

دوشه نيب يوللار تك آياغينا                 Döşənib yollartək ayaqlarına

سنه يالواريم مي…! بو مومكون دييل       Sənə yalvarımmı… bu mümkün deyil!

قويمارام قلبيم تك ووقاريم سينا            Qoymaram qəlbimtək vüqarım sına

آلچاليب ياشاماق عمور گون دئييل             Alçalıb yaşamaq ömür-gün deyil!

 

گئتمك ايسته ييرسن…او يول، اودا سن         Getmək istəyirsən…O yol, o da sən

بير جوت گوز باخاجاق آرخانجا سنين           Bir cüt göz baxacaq arxanca sənin

گئتدين مي … نه واختسا دونمك ايسته سن      Getdinmi…Nə vaxtsa dönmək istəsən

تيكانلي ياستيغا دونه جك يئرين                 Tikanlı yastığa dönəcək yerin

 

گئتمك ايسته ييرسن… نه دانيش ،نه دين!Getmək istəyirsən…Nə danış, nə din       

يوخ اول اوزاقلار تك دوماندا ، چنده …        …Yox ol uzaqlartək dumanda,çəndə

نييمي سئوميشدين؟ دئيه بيلمه دين              Nəyimi sevmişdin? Deyə bilmədin

اينديسه يوز عيب گورورسن مندهİndisə yüz eyib görürsən məndə                 

 

گئتمک ایسته ییرسن بهانه سیز گئتGetmək istəyirsən, bəhanəsiz get                 

اویاتما مورگولو خاطیره له ری                           Oyatma mürgülü xatirələri

سسین همین سسدیر باخیشین اوگئ                Səsin həmin səsdir, baxışın ögey

گئدیرسن، سسین ده یاد اولسون باری…         …Gedirsən, səsin də yad olsun barı

 

نصرت كسمنلي

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: