آد گونو اس ام اس لری – ad günü sms’ləri

ایللرین
کئچمه‌سی گؤزل‌لیگینی هئچ آزالتماییب، آرزو ائدیرم کی، گؤزللیگین دایم 1
شرابین دادینین ایللر کئچدیکجه آرتدیغی کیمی آرتسین، گؤزللیگین اطرافا نور
ساچسین

İllərin keçməsi gözəlliyini heç azaltmayıb, arzu edirəm ki, gözəlliyin daim 1 şərabın dadının illər keçdikcə artdığı kimi artsın, gözəlliyin ətrafa nur saçsın

داد: طعم     ساچماق: افشاندن پراکندن


نیل
هئچ واخت قورومور، قلبین نیل کیمی همیشه آخار اولسون! اولدوزلارین سایی
یوخدور، حؤرمتین اولدوزلار قدر اولسون! آی یئردن آیریلمادیغی کیمی، سن ده
همیشه قوشا اول! گونش تک‌دیر، اونا بنزمه! محبتین تورپاق قدر داواملی
اولسون! غم اییر، سئوینج اوجال‌دیر اینسانی! غم گؤرمه! خوشبخت اول

Nil heç vaxt qurumur, qəlbin nil kimi həmişə axar olsun! Ulduzların sayı yoxdur, hörmətin ulduzlar qədər olsun! Ay Yerdən ayrılmadığı kimi, sən də həmişə qoşa ol! Günəş təkdir, ona bənzəmə! Məhəbbətin torpaq qədər davamlı olsun! Qəm əyir, sevinc ucaldır insanı! Qəm görmə! XOŞBƏXT OL

قوشا: جفت   گونش:خورشید   سئوینج: شادی


بو
گون سنین آد گونون، سنه وئرمک ایستردیم بیر اوشاق رو یاسینی، بیر یاغمور
داملاسینی. آما سنه ساده‌جه سئوگیمی وئره بیلیرم، قبول ائدیرسن؟سنی چوخ
سئویرم

Bu gün sənin ad günün, sənə vermək istərdim bir uşaq röyasını, bir yağmur damlasını. Ama sənə sadəcə sevgimi verə bilirəm, qəbul edirsən?Səni çox sevirəm

یاغمور: باران   داملا:قطره   سئوگی: محبت


عزیزیم…
سنی دوغوم گونون موناسیبتیله تبریک ائدیرم. هر زامان گؤزل گولوشونله،
معنا‌لی باخیشینلا، حساس اورگینله بیرینجی اولاسان. نئجه کی، بیرینجیسن

Əzizim… səni doğum günün münasibətilə təbrik edirəm. Hər zaman gözəl gülüşünlə, mənalı baxışınla, həssas ürəyinlə birinci olasan. Necə ki, birincisən


بو گون دونیانین ان گؤزل گونلرین‌دن بیریدی، چونکی  بو گون سن دونیایا گؤز آچمیسان. سن هر زامان عزیزسن

Bu gün dünyanın ən gözəl günlərindən biridi, çünki  bu gün sən dünyaya göz açmısan. Sən hər zaman əzizsən


آد گونون موبا‌رک! سنه خوشبخت‌لیک یاغیشینا دوشوب چتیر تاپماماغی آرزولاییرام. آرزو ائدیرم کی، سن آتلی اولاسان، کدر ایسه پیاده

Ad günün mübarək! Sənə xoşbəxtlik yağışına düşüb çətir tapmamağı arzulayıram. Arzu edirəm ki, sən atlı olasan, kədər isə piyada


سنه
آزروم نه اولا بیلر. آرزو ائدیرم کی، آرزولارین سولماسین. اورگینه غصه-کدر
دولماسین. سئویب سئویلمک‌دن دویمایاسان. کدر آیاغینین توزو، سئوینج
باشینین تاجی اولسون. آد گونون موبا‌رک

Sənə azrum nə ola bilər. Arzu edirəm ki, arzuların solmasın. Ürəyinə qüssə kədər dolmasın. Sevib sevilməkdən doymayasan. Kədər ayağının tozu, sevinc başının tacı olsun. Ad günün mübarək

سولماق: پرمرده شدن


 

بولودلارین
گؤز یاش‌لاری پنجره نه وورارکن، فیکره گئتدیگین بیر آن هانسی خیال‌لار سنه
یاتماغی اونوتدورورسا گله‌جک سنه اونلاری یاشاتسین. آد گونون موبا‌رک

Buludların göz yaşları pəncərənə vurarkən, fikrə getdiyin bir an hansı xəyallar sənə yatmağı unutdurursa gələcək sənə onları yaşatsın. Ad günün mübarək


Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: