آد گونو اس ام اس لری – doğum günü smsləri

یاشا!
سئو! گول! بونلار اکسیک اولماسین یاشامیندان. یاشین نئچه اولورسا اولسون،
هر شئیین ان گؤزه‌لی سنین اولسون.آد گونون موبا‌رک اولسون

Yaşa! Sev! Gül! Bunlar əksik olmasın yaşamından. Yaşın neçə olursa olsun, hər şeyin ən gözəli sənin olsun.Ad günün mübarək olsun

یارپاقلارا،
گوللره، یاشیل لارا، آیلارا، نئچه-نئچه ایللره، نئچه-نئچه گون‌لره. یارپاق
گوله،قیرمیز یاشیلا یاراشیر، عمرون بویو یاراشاسان داها اوجا زیروه‌لره.
آد گونون موبا‌رک

Yarpaqlara, güllərə, yaşıllara, aylara, neçə-neçə illərə, neçə-neçə günlərə. Yarpaq gülə, al yaşıla yaraşır, ömrün boyu yaraşasan daha uca zirvələrə. Ad günün mübarək

یاشیل:سبز   زیروه:قله


                                                                                                                            آد گونون موبا‌رک! بو آد گونونده سنه سون‌سوز خوشبخت‌لیک، صادق دوست، گؤزل حیات و صاف محبت آرزولاییرام.

Ad günün mübarək! Bu ad günündə sənə sonsuz xoşbəxtlik, sadiq dost, gözəl həyat və saf məhəbbət arzulayıram


سنین بو سئوینج‌لی گونونو تبریک ائدیرم! آرزو ائدیرم حیاتین بوتون چتین‌لیکلری سندن اوزاق اولسون

Sənin bu sevincli gününü təbrik edirəm! Arzu edirəm həyatın bütün çətinlikləri səndən uzaq olsun


سئوینج:شادی                                                                                                                                                                                  
 دوستلار
اولدوزلار کیمی‌دیر، اونلاری هر زامان گؤره بیلمیرسن، اما سنین اوچون هر
زامان وار اولدوقلارینی و سنی دوشوندوکلرینی بیلیرسن. بو گون منی گؤره
بیلمه‌سن ده بیل کی، یانیندایام.  آد گونون موبا‌رک، نئچه-نئچه بئله ایللره چیخاسان

Dostlar ulduzlar kimidir, onları hər zaman görə bilmirsən, amma sənin üçün hər zaman var olduqlarını və səni düşündüklərini bilirsən. Bu gün məni görə bilməsən də bil ki, yanındayam.Ad günün mübarək, neçə-neçə belə illərə çıxasan.


سسیم گؤزل اولمادیغی اوچون سنه آد گونو ماهنی‌سینی اوخویا بیلمیرم. بونا گؤره ده سنه  اس ام اس گؤندریرم. آد گونون موبا‌رک

Səsim gözəl olmadığı üçün sənə ad günü mahnısını oxuya bilmirəm. Buna görə də sənə qısa mesaj göndərirəm. Ad günün mübarək


آد گونون موبا‌رک! هر تزه گونون گئچن گونلردن داها گؤزل، ایستک‌لرینه اویغون و سنی خوشبخت ائده‌جک شکیلده اولماسینی آرزولاییرام

Ad günün mübarək! Hər yeni günün ötən günlərdən daha gözəl, istəklərinə uyğun və səni xoşbəxt edəcək şəkildə olmasını arzulayıram                                                                                                                                    

اویغون:مناسب

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: