سئوگی شعر اس ام اس لری – sevgi şeir smsləri

هر یاغیش یاغاندا سنی آنیرام
سنین سئوگینله آلوولانیرام
سن سیز بیلسن نئجه تنها قالیرام
سئوگیلیم سن سیز من چوخ داریخیرام

Hər yağış yağanda səni anıram,
Sənin sevginlə alovlanıram.
Sənsiz bilsən necə tənha qalıram,
Sevgilim sənsiz mən çox darıxıram.

آنماق: به یاد آوردن  آلوولانماق:شعله ور شدن


 

یاغیش یاغیر پنجره دن باخیرام
هر داملادا سنی آنیرام
بیر گون دؤنرسن دئیه هی باخیرام
قاییت سئوگیلیم سن سیز چوخ داریخیرام

Yağış yağır, pəncərədən baxıram,
Hər damlada səni qəlbdən anıram.
Bir gün dönərsən deyə hey baxıram,
Qayıt sevgilim sənsiz çox darıxıram.

داملا: قطره   آنماق: به یاد آوردن


 

سن آرزوم, مرادیمسان
فرهادیم, مجنونومسان
سن سئوینجیم, شادلیغیم
سن اومیدیم, وارلیغیمسان

Sən arzumsan, muradımsan,
Fərhadımsan, Məcnunumsan.
Sən sevincim, sən şadlığım,
Sən ümidim, varlığımsan.


 

سن سیزلیک اینان کی آلیر جانیمی
دوندوروب داماردا قانیمی
سوروشماق ایسته سن اگر حالیمی
ایستردیم گلسن اؤزون گؤرسن

SƏnsizlik inan ki, alır canımı,
Dondurub damarda axan qanımı.
Soruşmaq istəsən əgər halımı,
İstərdim gələsən özün görəsən.


 

منیم بورج آلینمیش بیر حیاتیم وار
امانت بیر حیات
او سنین کیدیر
قلبیمی بزیییر نئچه مین یارا
لاپ درین یاراسی
او سنین کیدیر

Mənim borc alınmış bir həyatım var,
Əmanət bir həyat…
O səninkidir!
Qəlbimi bəzəyir neçə min yara,
Ən dərin yarası…
O səninkidir!


آیلار دولانسا دا ,ایل دولانسا دا
عشقین اورکلردن سیلینمیر ایزی
میلیون ایللر بویو گونش یانسا دا
قورودا بیلمییر چایی, دنیزی

Aylar dolansa da, il dolansa da,
Eşqin ürəklərdən silinmir izi.
Milyon illər boyu günəş yansa da,
Quruda bilməyir çayı, dənizi


 

Advertisements

Bir Cavab

  1. بیر گورچین تچه دنسیزلمیشم بلبلم یاد چمن سیزلمیشم اوز دیاریمنان وطن سیزلمیشم بولوسن نجه سنسیزلمیشم

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: