solmaz – Ayhan Salmaslı

Solmaz

Indi ki yolun qarşı üzü qaranlıqdır istirəm bu qaranlıqda boğulduqdan öncə bizi ayıranların nədənini anladım bəlki bir zaman bu yazılarım birinə rastlanırsa başımıza nələrin gəldiyini bilsin kim bilir bəlkidə gələcəyini dəyişdirmək üçün bir yardım olsun, bu öykünün çox adamlarada tekrar olduğu hər nəmənədən çox bəllidir, mən səvgilimə danışıram bu üzdən sözlərimi ona dediyim üçün oxuculardan üzür dilərim …

Deyirdilər bu zamanda hər kimsə ingiliscə bilməsə eləbil bir qanadı yoxdu məndə bir qanadım əsgik olmasın diyə ingiliscə öyrənmək üçün ingiliscə dil evinə gəldim, xatırlarmısın o günü səvgilim sən mənnən tez yetirmişdin oraya, bir məniydim bir sən birdə orada ad yazan qadın,səni bilmirəm ama mən o qadının gülümsəyərək “beləsi olmaz ki” dediyini heç unutanmıram, sənində “bə nəcür olar” dediyində mənim araya atıldığım və pulmu verəcək dediyimi bilirəm indidə xatırlırsan, bu gecə sabaha qədər sənnən yazacağam tək sənnən dəyil bizdən yazacağam yada bizim ikimiz yox bizim xiyabannan yazacağam, səvgilim solmaz heç kimsə bilmədən iki gün yaşamağım qalır bilmirəm ya sabah ölürəm ya bürsügün, ancaq daha bürsügüna qalmayacağam, bunu bilirəm , ama sən yaşayacaqsan, yaşabiləcəyin qədər yaşa ama son ricamı o bir birimizi səvdiyimiz günlər üçün yerinə yetir, uşaqlarını böyüt onlara bizim xiyabanın inanılmaz qədər böyük olduğunu öyrət, onlara bizim xiyabanımızı səvdir, onlara mənnən danışma qoy mən unutulub gedim ama xiyabanımızı qoru , dildən salma, onlara bizim xiyabannan danış .

Dil evindən çıxıb banka gedirdim ki sən məni çağırdın, yadındamı bankı tanımıram dedin və birlikdə banka gedib dil evinin atmış min haqqını ödüyüb gəri döndük bu dəfə dil evində iynə atmağa yer yoxuydu, bilirəm yadında, bilirəm o günləri heç unutmarsan .

Mən evə dönürdüm o günün sabahından klaslar başlanacağıydı, yadındamı taksıda nasıl rastlandıq, yinə danışdiq , ikimizində evimiz “əmir kəbir” xiyabanındaydı ama “sina” xiyabanının taksısında birbirimizi gördük yinədə sən dedin: sinanın yolu düzdü ona görə taksıcıların hamısı sinaya işlirlər bidə elə sina taksıları tez dolub tez yola düşürlər, məndə bilirdim əmir kəbirin ki taksısı yoxuydu, taksıdan düşdüyümüzdə yadındamı ikimizdə bir tərəfə yürüdük əmir kəbirə çatıb yolumuz ayrılır sandım ama ayrılmadı əmir kəbirdə beş on dəqiqə ayaqda yürüyüb bizim evə çatdıq , mən sənə “yetirdim” dedim sənin gözlərin inanmadı sözümə, çünkü qapı qonşuyduq birbirimizi tanımırdıq səndə yetirmişdin ikimizdə qapını açıp içəri girəndə bir an addımımızı saxlayıb birbirimizə baxdıq, vay nə gözəl günüydü, nə qədər anlamlı baxdıq birbirimizə, indiyə qədər kitablarda oxuduğumuz mənaları biz ikimiz bir birimizdə düşündük.

Sabahindan klaslar başlayıb bizi birbirimizə yaxınlatdı həftədə iki gün bir birimizi görürdük klasdan sora gülümsəyərək birbirimizə qavuşub gəzməyə çıxırdıq doyunca gəzib sonra evə dönürdük sina taksılarında əyləşirdiq ama əmir kəbirdə olurduq, o qədər birbirimizi səvirdiq ki heç ayrılacağımıza inanmırdım, indi ki o günləri xatırlıram bizi ayıranlara min lanət göndərirəm .

Günlər iyi geçirdi ki bir gün taksılar durağında bir vən gördük yadındamı o vəni əmirkəbir üçün qoyduqlarını eşidəndə nə qədər səvinib nəşəylə mindiq, vən tez dolub hərəkət elirdi çünkü əmirkəbirdə oturanlar hamısı vənə minirdilər, əmirkəbirin tik çuxur yolunda olmaq min sinanin düzlüyücə bizi səvindirirdi.

Solmaz, indi çoxdan olar birbirimizi görməmişik ama əmir kəbirin o vəni hələ yerindədir nə əsgilib nə artıb ama bilirəm ki sinaya taza taksılar və taza vənlər qoyulduğunu bilirsən.

O zaman sənə bildirmədiyim gizlin işlərimi indi deyirəm, yadındamı mənim çox kədərli olduğumun nədənini soruşdun? O zaman dərdim tək əmirkəbirin taksısızlığında dəyildi sənə demədim ama əmirkəbirnən sinanın arasındakı soxaxlarda yaşayanlar heç bizim vənə minmirdilər onlar sina taksılarına minib heç bizə sarı baxmırdılar, sən bilmirdin ama yavaş yavaş əmirkəbirdə oturan adamların arasında çox sözlər deyildi, yavaş yavaş bu vənə minən adamlara pis göznən baxdılar.

Solmaz,düzdü ki səndə çox suçlu dəyildin ama məni bu rahətlikdə buraxdığını heç unutmayacağam, ayrıldığımızdan bir neçə gün öncə mən şəhrdariyə getmişdim sənə demədim mənim ora getdiyimdə əmir kəbirə taksı vermədilər heç bəlki mənim bir daha oralara dönmədiyimi buyurdular, hər nəmənədən çox sənin o əmirkəbirdə yayılan sözlərə eşidincə inandığın məni yandırdı, sən özün ki hər gün bizim içimizdə vəndəydin niyə o sözlərə inandın, niyə mənim o vənə minmədiyimi istədin, niyə yolunu bizdən ayırdın səvgilim, indi məni kötü bir adam sanırsan əgər bunu bilməlisən ki mən sənnən əmirkəbirimin yox əmirkəbirimizin arasında birini seçməliydim,tək mən dəyildim o vənə minənlərin hamısıda bizim durumda qaldılar, bəziləri vəni buraxıb getdilər bəziləridə bizim kimin ayrıldılar bilirəm sənə önəmli dəyil ama o yaşarnan aylar min zəhmətlə əvləndilər indidə zor billahnan yaşayırlar.

Solmaz, indi gecələri sənin eşqindən yatanmıram ama əmirkəbirin dalı qalmaması bizə hər nəmənədən önəmliydi .

Indi səndə bizdən ayrılmısan səndə tüm əmirkəbir adamları kimin bizi kötü bilirsən ama heç biriniz bizim yapdığımız hər şeyin əmir kəbirimiz üçün olduğunu qanmırsız hatta belə biz pis adamda olsaq yaşamağa haqqımız yoxmu? Solmazım səni yaradan tanrı bizidə yaratmadımı? Ancaq pis adam olmaq o vənə minməkdə dəyil gözəlim bəlki başqalarının haqqını öz qazancın üçün ayaqlamaq pislikdir, lütfən bunu düşün solmazım, lütfən düşün.

Son sözüm ,Sənə yazdığım bu məktubu oxursan əgər istədiyim son ricamı lütfən unutma .

Ayhan salmaslı – 2009

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: