başmaq – Ayhan Salmaslı

başmaq

Günorta çağına az qalırdı bayram ayı taza qurtulurdu oxul uşaqları ev yolunda qarışqa kimin qaynaşırdırlar fikirim çox dağınaqıydı əlimdə bir naylon , taza aldığım başmaqları qutusuyla naylonın içinə atıb evə gedirdim heç bilmədim yan yövrəmdə nələr geçdi ancaq taksıdan yendiğim yerdən evə çatdığıma dək oxul uşaqlarından sevay heç bir şeyə diqqət eləməmişdim .

Evə ki çatdım başmaqları qutusuyla həyətə atıb tez bilgi sayara sarı yumuldum axı sənayi şirkətində iş üçün yazılmağa tələsirdim taza üniversitini bitirmişdim asgərlıq kartımda varıydı bu arada sənayidə düşən işdən daha yaxçı şey mənim üçün nəmənə olabilərdi? Tez bu işi ələ gətirəbilsəm və heç yubanmadan öz durumumu düzəldsəm nə qədər iyi olar düşünürdüm .

Bunu düşünərək leylanıda xıyalımdan geçirdirdim leylaya deməmişdim, istirdim iş üstünə gedəndəndə bilsin onda səvincindən nə yapacağıydır leyla düşünürdüm, onun hələ iki termi qalırdı ama mən bu işi bir yanlıq eləsəm oda üniversitini bitirincə durumum düzələr nə qədər böyük rüyadır bizim üçün . sadəcə əvlənmək bir rüyadır

Hələm sözüm ayrı yerdədir dərt bir iki dəyil ki deməklə qurtulsun bir dərdin başını örtməmiş obiri dərt baş qaldırıb qaş göz atır adama, ay allah görəsən bizdə mutluluq görəcəyikmi? Ya insanların mutluluğunu tək filimlərdə görüb ona ürəyimizi xoşlıyacaq?
leylanın fikirindəydim, bilgisayar mənə göz qaş atırdı, ürəyim döyünürdü, doğrudan səvinirdim, sınavda birinci olub o işi ələ gətirmək gücünü özümdə his edirdim ki birdən elşənin səsi məni diksindirdi, qardaşım oğlu bir kağız əlində ücə səslə çağırdı : əmi əmi əmi… elə başımı ki qaldırdım onu qapının önündə gördüm başmaqlarını çuxaldırdı səvinə səvinə elə qapının ağzından dedi : əmi bist (yirmi) aldım bist aldım …

Başmaqlarını çuxaldıb qaça qaça mənə sarı gəlib bistini göstərdi məndə üzündən qırtıb dedim : sağol , gözlərində doğrudan səvinc parlayırdı mən əgər öyrətmən olsaydım uşaqları səvindirmək üçün hərdən bir bist verərdim ….

Elşən bistini atama göstəmək üçün getdi, məndə yinə leylanin fikirinə daldım ax nə olardı əgər bu iş mənə yetirsəydi , leyla üniversitini bitirincə ona elçi göndərib əvlənərdik, vaaaay leyla bu xəbəri eşidsə nə qədər səvinəcək fikirləşirdim ki yinə elşən gəldi : əmi əmi bax gör bunları xoş yazmışam ?   bir xət a yazmışdı o biri səfədədə bir xət b yazmışdı ( əlbəttə ərəb əlifbasıyla) dedim: ay varol elşən gör nə qədərdə təmiz yazıbdı, sağol qaç indi bu vərəqləri doldur gətir baxım

Səvinə səvinə qalanını yazmaq üçün qaçdı, yinə mən qaldım bilgisayar qaldı və leylanin fikiri .

Bunları düşünərək leylaya bir mesaj atdım … nə xəbər? Saymısan daha?

Biraz sonra cavabı gəldi, cavabını oxumaq istirdim ki yinə elşən hay küv salaraq yetirdi … iki vərəği doldurub gətirmişdi yinə bir üzündən qırtıb biləsinə bir bist verib səvindirdim .

Sonra dedi : əmi m nəcür yazılar ? onu hələ oxumamışıq  , heç bilmədim nə üçün istir ,, m yazmağı öyrətdim oda bistini alıb səvinə səvinə getdi …

Leylanın məsajını açıb oxudum : hey , sağlıq , gözəllik , xəbərlər səndədi , mən saymıram ya sən?

Min zəhmətlə işə yazılıb bilgi sayarı bağladım, istirdim biraz yatım ki leylanın msajı qoymadı: zəng vur istirəm biraz danışaq, məndə aradım , heç telefon bir dəfə düd deməmiş açdı və danışmaq başlandı, dağdan bağdan danışdıq, ha istirdim bu işin macərasını deyim ki tez özümü saxlırdım bunu leylada düşünmüşdü deyirdi səsin belə bir cürə gəlir belə çox səvincək görünüsən….

Tez dedim: yox baba , elə bir xəbər yoxdu , bilmisən ki elə sənin səsin eşidəndə şad oluram…

Gülüb dedi : allah eləsin , mən ki taza gördüm səvinəsən…

Dedim : mən hər zaman səninlə danışıram belə şadam sən təzə bilmisən?

Belə oyan buyan bir saətə yaxın danışdıq, rahat danışmaq üçün həyətə çıxmışdım, hava buluduydu hərdən bir xarıldırdı ama yağmaqdan xəbər yoxuydu

Danışmaqdan qurtulub telefoni qapatdım, elə ki içəri gedirdim qapının ağzında aldığım başmaqların qutusunu başmaq qabında gördüm , başmaq qutusu gözümü tutmadı onun üstündəki yazı gözümü tutdu , oxudum, xətdinnən bəlliydir ki elşən yazmışdı, evet elşən yazmışdı

Başmaq qutusunun üstündə yazmışdı : başmaq – باشماق

Ayhan salmasli – salmas

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: