یار گله جک وحید شکرزاده + yar gələcək Vəhid şükürzadə

دوزلو اوغلان وبلاگلارینین یاخشی اولماقی اوچون آتیل باتیل فروشگاهین دان آلیش وئریش ائدین

Yar gələcək

Gələcək yar gələcək dərdimə dərman gələcək

Bu ölü cismə ılahı təzədən can gələcək

Eybi yox ki buracan hıcrana səbr eyləmişəm

Vəslimə aşiq olan o məhe taban gələcək

Könlümün hər yerinə mən su səpib paklamişam

Çünkü qəlbimə qonaq sevgili canan gələcək

Dözmüşəm çoxlu zamandır ki yarı seyd eləyəm

Şansa bax ovçuya mehman dəli ceyran gələcək

O şirin yar ki məni gözləri heyran eləmiş

Xoş gəlib gəlmağına can ona qurban gələcək

Çatdı hıcran başa yarəb sənə çox şükr ki bugün

Məcnünün sevgilisi leyliye dovran gələcək

Şair : Vəhid şükürzadə

یار گله جک

گله جک یار گله جک دردیمه درمان گله جک

بو اُولو جیسمه ایلاهی تزه دن جان گله جک

عیبی یوخ کی بوراجان هیجرانا صبر ائیله میشم

وصلیمه عاشیق اُولان اُو مه تابان گله جک

کونلومون هر یئرینه من سو سَپیپ پاک لامیشام

چون کی قلبیمه قوناق سئوگیلی جانان گله جک

دؤزموشم چوخلو زاماندی یاریمی صید ائلییم

شانسا باخ اُووچویا مهمان دلی جیران گله جک

اُو شیرین یار کی منی گؤزلری حیران ائله میش

خـــوش گلیب گلماغینا جان اُونا قوربان گله جک

چاتدی هیجران باشا یارب سنه چوخ شوکر کی بوگون

مجنونون سئوگیلیسی لیلی دوران گله جک

شاعیر : وحید شکرزاده

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: