جان سنه قوربان الرم وحید شکرزاده + can sənə qurban elərəm Vəhid şükürzadə

دوزلو اوغلان وبلاگلارینین یاخشی اولماقی اوچون آتیل باتیل فروشگاهین دان آلیش وئریش ائدین

اولماز

Can sənə qurban elərəm

Gər biri çəp baxsa sənə dunyasını qan elərəm

Oldurərəm mən o iti canını bi can elərəm

Hər hara qaçsa taparam boynunu dibdən qıraram

Gözlərinə od salaram yurdunu vıran elərəm

Qurbanınam ey maralım dərdin əgər dağca ola

Dağları yerdən götürüb dərdinə dərman elərəm

Gəl gözəlim sən yanıma ki sən əgər olmuyasan

Hər gecə gündüz oturub nale və afğan elərəm

And içirəm allahıma son qanımın damcısıca

Mən sənin eşqində yanıb aləmi heyran elərəm

Səndən olan sevgidə mən böylə yekətdim adımı

Indi bu deynin əvəzi can sənə qurban elərəm

Şair : vəhid şükürzadə

i love you

جان سنه قوربان اِلرم

گر بیری چپ باخسا سنه دونیاسینی قان اِلرم

اُولدوره رم من اُو ایتی جانینی بی جان اِلرم

هر هارا قاچسا تاپارام بوینونی دیبدن قیرارام

گؤزلرینه اُود سالارام یوردونی ویران اِلرم

قوربانینام ای مارالیم دردین اگر داغجا اُولا

داغلاری یئردن گوتوروب دردینه درمان اِلرم

گَل گؤزلیم سن یانیما کی سن اگر اُولمویاسان

هر گئجه گوندوز اُوتوروب ناله و افغان اِلرم

آند ایچیرم آللاهیما سُون قانیمین دامجیسی جا

من سنین عشقینده یانیب عالمی حیران اِلرم

سندن اُولان سئوگی ده من بویله یئکتدیم آدیمی

ایندی بو دِینین عوضی جان سنه قوربان الرم

شاعیر : وحید شکرزاده

سنی سئویرم

آدرس جدید وبلاگ دوزلو اوغلان
دوزلو اوغلانین یئنی آدرسی فیلترسیز
duzluoglan yeni adresdə filtersiz

http://duzluoghlan.wordpress.com

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: